Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünya azərbaycanlılarının həmrəyliyi günü”

25.12.2018

Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə dəyirmi masa keçirildi.

Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Xidmət şöbəsinin kitabxanaçısı Ülviyyə Kazımova “Azərbaycan dövləti – Dünya Azərbaycanlılarının qürur mənbəyidir” başlıqlı məruzə ilə çıxış etdi.

Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Nəzakət Talıbova, 1 N-li Sənətkarlıq klubunun müdiri Nazilə Kazımova, Nərimanlı kənd kitabxana filialının böyük kitabxanaçısı Xalidə Heydərova məruzə ərtafı çıxışlar etdilər.

Sonda tədbir iştirakçıları “31-dekabr Dünya Azərbaycanlarının Həmrəylik günüdür” başlıqlı sərgi ilə tanış oldular.