23.12.2018
Gəncə şəhərinin Baş meydanında şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə keçirilən bayram şənliyində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri 4 nömrəli Uşaq Musiqi Məktəbi konsert təqdim etdi.
Məktəbin “Fidanlar” muğam qrupunun, “Vokal” qrupunun, eləcə də şagirdlər və müəllimlərin ifasında səslənən mahnılar meydana toplaşanlar tərəfindən alqışlarla qarşılandı.