Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əfsanəvi Mixaylomuz”

22.12.2018

Gəncə şəhəri MKS-nin 11 saylı kitabxana filialında Sovet İttifaqı Qəhrəmanı, rəssam, şair, partizan Mehdi Hüseynzadənin 100 illiyi münasibəti ilə “Əfsanəvi Mixaylomuz” başlığı altında xatirə gecəsi keçirildi.

Tədbiri filialın müdiri Esmira Həsənova açaraq Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında geniş məlumat verdi.

Sonra Tarixi Abidələr mühafizi Aygün Qasımova, Tarix Diyarşünaslıq Muzeyinin elmi işçisi Aytən Cəfərova, Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva çıxış edərək qəhrəman haqqında öz fikirlərini bildirdilər.

Tədbirə Mehdi Hüseynzadənin həyatını və qəhrəmanlığını özündə əks etdirən video-çarx da nümayiş olundu.