21.12.2018
Gəncə şəhəri MKS-nin 11 saylı kitabxana filialında Xankəndinin işğal günü ilə əlaqədar “Xankəndinin həsrət yanğısı” adlı məruzə keçirildi.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq Xankəndi şəhəri haqqında qısa məlumat verdi.
Sonra Tarix Diyarşünaslıq muzeyinin elmi işçisi Aytən Cəfərova Xankəndinin işğalı haqqında məruzə etdi.
Tədbirdə işğal olunmuş torpaqlarımızı eləcə də Xankəndini özündə əks etdirən kitablardan ibarət kitab sərgisi də nümayiş olundu.