Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məhsəti Gəncəvi Mərkəzində satış-sərgi təşkil olundu.

24.12.2018

Gəncə şəhər İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən şəhərdə yaşayıb-yaradan və fiziki sağlamlıqları məhdud olan rəssamların, dekorativ tətbiqi sənət ustalarının biçmə-tikmə sənəti ilə məşğul olan yaradıcı insanların əl işlərindən ibarət satış-sərgi təşkil olundu.

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə təşkil olunan sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramov, qardaş Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, eləcə də digər şəhər rəsmiləri iştirak etdilər.

Sərgidə əl işləri nümayiş etdirilən sənətkarların hər birinə şəhər rəhbərliyi tərəfindən hədiyyələr verildi, eyni zamanda nümayiş etdirilən əl işlərinin satışı təşkil olundu.

Tədbirdə iştirak edən, fiziki sağlamlıqları məhdud rəssamlar, sənətkarlar, eləcə də bütün tədbirə qoşulan şəhər ziyalıları, idarə və müəssisə rəhbərləri, mədəniyyət və incəsənət işçiləri satış-sərginin təşkilindən razı qaldıqlarını bildirdilər.