Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nağıllar aləmi”

17.12.2018

Gəncə şəhər MKS-nin 13 №-li kitabxana filialı 17.12.2018-ci il Gəncə şəhər S.Vurğun adına 41 №-li məktəbdə, “Nağıllar aləmi” başlıqlı sərgi təşkil etdi. Sərgidə məktəbin ibtidai sinif şagirdləri iştirak etdi. Sərgidə uşaq nağıllarından ibarət bir çox rəngarəng kitablar nümayiş olundu. Kitablardan Azərbaycan Xalq nağılları, Gülzar nənənin nağılları, 100 sevimli nağıl, Dədə Qorqud dastanları və boyları, “Yaxşılıq çələngi”, Qızımın hekayələri, Qədim türk hökümdarları, “Soyuq su”, “Yeddinci sevinc”, “Yumaq”, “Mərdlə Namərdin nağılı” və s. kitabları nümayiş olundu. Böyük kitabxanaçı Günel Əliyeva xalq ədəbiyyatının zəngin xəzinəsi içərisində nəfis bir inci kimi parıldayan nağıllar, nağıl qəhrəmanları haqqında danışdı. Şagirdlər sərgidə özlərinin sevimli kitabları, sevdikləri , sehrkar varlıqlarla, müdhiş qüvvələrin qırılmaz tilsimlərinə qarşı dayanan obrazlarla yaxından tanış oldular. Sərginın təşkili kiçik yaşlı oxucular üçün xoş təəssürat bağışladı.