19.12.2018
Adını Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazdıran, səhnəmizin unudulmaz Leylisi və Ərəbzəngisi Gülxar Həsənovanın bu il anadan olmasının 100 illiyl qeyd olunur. Bu məqsədlə MKS - nin 7 saylı kitabxana filialı “Parlaq kaloritli obrazların yaradıcısı” adlı tədbir keçirtdi və bu tədbirdə iştirakçılara görkəmli aktrisanın çəkildiyi “Son tamaşa” filmi nümayiş etdirildi. Filmdən qabaq böyük kitabxanaçı Könül Mirxudayeva xalq artisti, opera müğənnisi Gülxar Həsənovanın həyat və səhnə fəaliyyəti haqqında ətraflı məlumat verdi və qeyd etdi ki, aktrisa “Min birinci söz”, “Xoşbəxtlik qayğıları”, “Yollar görüşəndə”, “Məkanın melodiyası”, “Zirzəmi” və.s filmlərdə çəkilmişdir. Kitabxanaçı bildirdi ki, nümayiş etdirilən “Son tamaşa” filmi aktrisanın özünün həyat və fəaliyyətinə həsr edilmişdir. Tədbiri keçirtməkdə məqsəd Gülxar Həsənovanın bu gün və sabah da yaddaşlarda qalması ,daim xatırlanmasıdır.