Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cumhuriyyəti – 100

19.12.2018

Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı tədbir keçirmişdir.

Tədbirdə muzey əməkdaşları ilə yanaşı Heydər Əliyev Mərkəzi, MKS, şəhər 1 saylı klub, Abidə mühafizəçiləri, Mədəniyyət Mərkəzinin əməkdaşları da iştirak etmişdir.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbirdə Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Həyat İsmayılova, Heydər Əliyev Mərkəzinin direktoru Xəyyam Quliyev və başqaları çıxış etdilər.

Tədbir sonunda Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını əks etdirən video çarx nümayiş etdirildi.