12.12.2018
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı filialında 12 dekabr 2018- ci il tarixdə “N” saylı hərbi hissənin zabit və əsgər heyəti ilə “Xalqa bağışlanan ömür” başlığı altında anım günü keçirildi.
Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, bu gün xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş Ümummilli liderimiz Heydər Əliyevin yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərindən, böyük şəxsiyyətin bütün həyatını doğma xalqına, vətəninin tərəqqisi naminə sərf etməsindən danışmışdır.
“N” saylı hərbi hissənin zabiti mayor Samir Fərəməzov çıxış edərək bildirdi ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Müasir tariximizi ulu öndər Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir.
“N” saylı hərbi hissənin komandir müavini mayor Pərviz Əliyev qeyd etdi ki, Ulu Öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycanda güclü ordunun yaranmasıdır. Bu güclü ordu ilə də biz dünyaya sübut etdik ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarınn keşiyində durmağa, onu işğaldan azad etməyə hər an hazırdır.
Tədbirin sonunda iştirakçılara Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı video-çarx nümayiş olundu.