Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədiləşən şəxsiyyət”

12.12.2018

12.XII.2018-ci il tarixdə MKS-nin 19 saylı filialında “Əbədiləşən şəxsiyyət” başlığı altında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü keçirildi. Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Amalya Nağıyeva açaraq müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu , dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçməsinə baxmayaraq, öz uzaqgörən siyasəti və ağıllı məsləhətləri hər zaman xalqımızla birgə olduğunu bildirdi. Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq.. Kitabxanaçı Nərgiz Məmmədova qeyd etdi ki, zaman təsdiq edir ki, dünyanın tarixi, böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq. Fəal oxucu Cavid Məmmədov Ulu Öndərin gənclərə qayğısından söz açdı