Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalılar Ulu öndərin xatirəsinin ehtiramla yad etdilər

12.12.2018

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Xocalı rayon Mədəniyyət evində ümumrayon xatirə günü keçirildi.

Tədbiri Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov açdı. O Ümummilli lider Heydər Əliyev haqqında qısa çıxış etdikdən sonra onun əziz xatirəsinin bir dəqiqəlik sükutla anılmasını xahiş etdi.

Sonra çıxış üçün söz Xocalı rayon İcra Hakimiyyətinin Başçısının müavini, YAP-nın sədri Vahid Əliyevə verildi. Vahid Əliyev Ümummilli liderin keçdiyi həyat yolundan və Azərbaycan Respublikasının inkişafı üçün gördüyü işlərdən geniş məlumat verdi.

Növbəti çıxış üçün söz rayon prokuroru Kamran Məmmədova verildi. Kamran Məmmədov Ulu öndərin Azərbaycanda hüquq mühafizə orqanlarının inkişafı üçün gördüyü işlərdən danışdı. Söz rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramiz Alıyevə verildi. “Heydər Əliyev və gənclər siyasəti” başlığı altında çıxış edən Ramiz Alıyev Ümummilli lderin gənclər siyasətindən, gənclərə göstərilən dövlət qayğısından və idmanın inkişafından danışdı.

Yekun olaraq rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Ulu öndərin həm Sovet dönəmində, həm də müstəqillik dönəmində gördüyü işlər, həyata keçirdiyi proqramlar haqqında, müstəqilliyimizin dönməzliyi və əbədiliyi uğrunda apardığı siyasət barədə danışdı.