12.12.2018
Gəncə şəhərinin baş meydanında Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbə-gənclər, şəhər sakinləri Ümummilli liderin möhtəşəm abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Hər zaman olduğu kimi, bu gün də gəncəlilər müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevə öz sədaqətini nümayiş etdirdilər.