Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu öndər, dahi şəxsiyyət”

11.12.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsində 11.12.2018-ci il tarixdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər, dahi şəxsiyyət” adlı anım günü keçirildi. Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi, milli lider, və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.

Tədbir iştirakçılarına 42№-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Rahilə Əliyeva ulu öndərin uşaqların həyatında oynadığı rolundan danışdı.

Məktəbli oxucuların ifasında ulu öndərə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat yolunu əks etdirən geniş kitab sərgisi və video-çarx nümayiş olmuşdur