Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ürəklərdə Əbədiləşən Dahi”

11.12.2018

11.12.2018-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ürəklərdə Əbədiləşən Dahi” adlı kitab sərgisi nümayiş olundu. Sərgidə Azərbaycançılıq, dövlətçilik tariximizdən, milli dövlətçiliyimizin dirçəlişində Ümummilli lider Heydər Əliyevin xidmətlərindən, Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində ölkədə baş verən inkişaf proseslərindən bəhs edən 111-ə yaxın Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunmuşdur. Sərgidə Ümummilli liderin həyat və siyasi fəaliyyətindən əks olunan videoçarx nümayiş olundu.