11.12.2018
11.12.2018 - ci ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı
25 saylı orta məktəbdə, kitabxananın oxu zalında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Xatirəsi əbədi yaşayacaq, Azərbaycan yaşadıqca” adlı anım günü keçirtdi. Tədbir ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kitabxananın müdiri Natella Hacıyeva qeyd etdi ki, bu gün Ulu öndərin vəfatından 15 il ötməsinə baxmayaraq, xalqımızın qəlbində əsl vətənpərvər, el atası kimi ülvi məhəbbətlə yaşayır. Sonra tədbirdə iştirak edən 25 saylı məktəbin direktoru Səmadil Məmmədova, tarix müəllimi Atlas Məmmədova, böyük kitabxanaçı Könül Mirxudayeva və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Tədbir iştirakçıları məktəblilərin ifasında ümummilli liderə həsr edilmiş şeirləri, müdrik kəlamları dinlədilər, onun həyat və fəaliyyətindən bəhs edən videofilm izlədilər. Sonda kitabxanaçı Vüsalə Mustafayeva Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən “Böyük ömrün anları” adlı geniş kitab sərgisi ilə iştirakçıları tanış etdi.