10.12.2018
Gəncə şəhəri MKS-nin 11 saylı kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun anadan olmasının 65 illiyi ilə əlaqədar “Milli qəhrəmanımız – Şikar Şikarov” adlı anım günü keçirildi.
Tədbiri filialın müdiri Esmira Həsənova açdı.
Milli Qəhrəman Şikar Şikarovun timsalında bütün dünyasını dəyişmiş Milli Qəhrəmanlarımızın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarına Milli Qəhrəmanın həyatı və qəhrəmanlığı haqqında geniş məlumat verildi.
Tədbirdə Gəncə şəhər Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva, filialın böyük kitabxanaçısı Gülnar Hüseynova, Diyarşünaslıq evinin metodisti Leyla Əliyeva, N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Aytən Cəfərova çıxış edərək mövzu barədə öz fikirlərini bildirdilər.
Tədbirin sonunda Milli Qəhrəmanın həyatı və qəhrəmanlığını əks etdirən video çarx nümayiş olundu.