07.12.2018
Goranboy Dövlət Rəsm Qalereyasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa və foto sərgi təşkil olunmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirdi ki, 12 dekabr xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədi yaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin xatirəsi xalqımız üçün əzizdir. Dəyirmi masa iştirakçıları Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən foto sərgi ilə tanış oldular.