Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ölməz Heydər Əliyev dühası”

07.12.2018

Goranboy rayon Mərkəzi Kitabxanası Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələri ilə birlikdə “Ölməz Heydər Əliyev dühası” mövzusunda anım günü təşkil etdi.

Tədbirdə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri oxu zalının müdiri Sevda Əliyeva açaraq dahi şəxsiyyətin şərəfli həyat yolu və xalqımız üçün xidmətləri haqqında məlumat verdi.

Xidmət şöbəsinin baş kitabxanaçısı Dürdanə Bayramova “Ölməz Heydər Əliyev dühası” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzə ətrafında Mərkəzi Kitabxananın əməkdaşı Günel Vəliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Türkan Nəcəfova, Tarix-diyarşünaslıq muzeyinin direktoru Ulduz Bağırova, Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə, 1 saylı klubun müdiri Nazilə Kazımova çıxış etdilər.

Tədbirin sonunda İştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən foto sərgi ilə tanış oldular.