Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmadəddin Nəsimi-600

07.12.2018

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə İmadəddin Nəsiminin 600 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzəngül Hüseynova İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumat verdi.

Filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Sahib İbrahimli Nəsimi yaradıcılığını geniş təhlil etdi.

Pəhləvan Əfəndi şairin portiretini iştirakçılara təqdim etdi.

Şairlərdən Aydın Murovdağlı, Ramiz Təmkin, İnqilab İsaq, Bayram Göyçəli, Zahir Şirvani, Almaz Yusifqızı, Rəsul Murovdağlı və başqaları Nəsimiyə həsr etdikləri şeirləri oxudular.