Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Çingiz Aytmatov Yaradıcılığı”

06.12.2018

06.12.2018-ci il tarixdə MKS-nin 11saylı kitabxana filialında Qırğız xalq yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illiyi münasibətilə “Çingiz Aytmatov yaradıcılığı” adlı “Seçilmiş əsərləri” bir cildliyi, “Seçilmiş əsərləri” I və II cildlikləri, “Çingiz Aytmatov: türk ruhunun qələbəsi” adlı kitablarının xülasəsi keçirildi. Tədbiri 11 saylı kitabxana filialının böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Zəmanəmizin görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Çingiz Aytmatov üçün ədəbiyyatda yeganə “böyük mövzu”- insan mövzusu var. Seçilmiş əsərlərinin bir cildliyinə böyük yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı, “əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil edilmişdir. Çingiz Aytmatovun Seçilmiş əsərləri kitabı Bakıda “Şərq-Qərb” nəşriyyatında 2009-cu ildə nəşr olunub, kitab 760 səhifədən ibarətdir. Yazıçının ömür yolundan bəhs edən “Çingiz Aytmatov: türk ruhunun qələbəsi” adlı kitabı 2013-cü ildə Bakıda “Nağıl Evi” nəşriyyatında nəşr edilib, kitab 284 səhifədən ibarətdir. Çingiz Aytmatovun “Seçilmiş əsərləri” I və II cildlikləri Bakı şəhəri “Öndər nəşriyyatı”ında 2004-cü ildə nəşr olunmuşdur. I cild 504 səhifə , II cild isə 384 səhifədən ibarətdir.

Tədbirin sonunda yazıçının həyat və yaradıcılığını əks etdirən video çarx da nümayiş olundu. Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı Gəncə Rəsm Qalereyasının kollektivi də iştirak etdi.