24.11.2018
Goranboy rayon Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbində Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konserti oldu.
Məktəbin dərs hissə müdiri Mətanət Hüseynova çıxış edərək tədbir iştirakçılarını salamladı və bildirdi ki, bu günki konsertinin sevimli bəstəkarımız Fikrət Əmirovun 96-cı ildönümünə həsr olunur.
Sonra məktəbin musiqi ədəbiyyatı müəllimi Sitarə Namazova bəstəkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi.
Konsertdə məktəbin şagirdlərinin ifasında Fikrət Əmirovun əsərləri ifa olundu.