Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mikayıl Müşfiqin 110 illik yubileyi

23.11.2018

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Bölmənin bu günkü qonaqları Göygöl rayon Texniki təmayüllü məktəb-liseyin müəllim və şagird kollektivi oldu. Tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül Hüseynova Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, represiya illərində Mikayıl Müşfiq və digər ziyalılarımız dəhşətli işgəncələrə, faciələrə məruz qaldılar, lakin öz əqidələrindən, amallarından dönmədilər. Onları bu gün bizə sevdirən də əyilməz şəxsiyyətləri, tükənəz ilhamları, Turançılıq yolunda özlərini fəda etmələri oldu.

M.Müşfiqin yaradıcılığından danışan Ramiz Təmkin şairin tükənməz ilhama sahib olduğunu, qısa həyat yolunda böyük ədəbi külliyat qoyub getdiyini, bu günün, sabahın, gələcəyin şairi olduğunu vurğuladı.

Sonra Göygöl rayon Texniki təmayüllü məktəb-liseyinin şagirdləri Mikayıl Müşfiqin şeirlərini yığıncaq iştirakçılarına ərməğan etdilər.

Şairlərdən Sahib İbrahimli, İnqilab İsaq, İmamverdi Məmmədov, Rəhim Qurbani, Pəhləvan Əfəndi, Oqtay Abdulla, Zülfiyyə, Gülnarə Sadiq, Cahandar Aybər, Almaz Yusifqızı şairə həsr etdikləri şeirlərini oxudular.