Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyamıza işıq saçan körpələr”

20.11.2018

Gəncə MKS-nin 11 saylı kitabxana filialı 20 Noyabr-Ümumdünya Uşaq Hüquqları günü münasibəti ilə “Dünyamıza işıq saçan körpələr” başlığı altında 21 saylı tam orta məktəbin 4B sinifi ilə görüş keçirdi.

Tədbiri filialın müdiri Esmira Həsənova açaraq şagirdlərə 20 Noyabr-Ümumdünya Uşaq Hüquqları günü haqqında geniş məlumat verdi. Sonra uşaqlarla sual-cavab şəklində fikir mübadiləsi olundu.

Tədbirin sonunda 4B sinfinin şagirdləri Salatın Məmmədova, Xatun Həsənova, Miryusif Hüseynov, Aysu Məmmədova uşaq hüquqları haqqında öz fikirlərini bildirdi.