Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölkəmizi tanıyaq!

21.11.2018

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın ikinci böyük elm, təhsil, sənaye, mədəniyyət, incəsənət mərkəzi olan Gəncə şəhərinə Bakı şəhərinin Nərimanov, Binəqədi, Sabunçu rayonlarından, Abşeron, Neftçala, Salyan, Şirvan, İmişli, Zəngilan və Şuşa şəhərinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri gəldilər.

“Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiya iştirakçıları Gəncə şəhərindəki Heydər Əliyev Park Kompleksində, Heydər Əliyev Mərkəzində, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində, Mirzə Şəfi Vazeh Muzeyində, Məhsəti Gəncəvi Mərkəzində, Heydər Əliyev adına meydanda, Miniatür Kitab Muzeyində, Mərkəzi Kitabxana Sisteminin Uşaq kitabxanasında, Nizami Məqbərəsi, Nizami Muzeyində və digər tarixi abidə, park və görməli yerlərdə ekskursiyada oldular.

“Ölkəmizi tanıyaq” adlı tur-aksiya iştirakçıları üçün Şəmkir və Göygöl rayonlarına da ekskursiyalar təşkil olundu.