21.11.2018
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 21 noyabr 2018-ci il tarixdə Uşaq hüquqları günü münasibətilə “Uşaq hüquqları və şəxsiyyət” mövzusunda sual-cavab gecəsi keçirildi.
Tədbirdə 32 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdi.
Tədbiri açıq elan edən kitabxananın müdiri Lyudmila Axundova iştirakçıları salamladı və uşaq hüquqları haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. O, qeyd etdi ki, uşaq hüquqları insan hüquqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Hal-hazırda ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində mükəmməl hüquqi baza yaradılmışdır.
Sonra 32 saylı məktəbin müəlliməsi Fidan Əliyeva uşaq hüquqları ilə bağlı suallarla uşaqlara müraciət etdi.
Uşaqların hər biri onlara verilən sualları müxtəlif cavablandırdılar. Verilən hər bir sual uşaqların öz hüquqlarını öyrənməsinə və bildikləri şəkildə söyləməyə imkan verdi. Keçirilən bu tədbir oxucular arasında böyük canlanmaya səbəb oldu və tədbir çox gözəl sonluqla başa çatdı.