19.11.2018
Gəncə şəhər MKS-nin 13 №-li kitabxana filialı Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “Uşaq ailənin möhkəmliyi, xalqın gələcəyidir” başlıqlı söhbət təşkil etdi. Tədbir S.Vurğun adına 41 №-li məktəbin 3-cü sinif şagirdləri ilə birgə aparıldı. Kitabxanaçı Əliyeva Günel Uşaq Hüquqları haqqında geniş məlumat verərək qeyd etdi ki, əsası 1959-cu ilin noyabrında “Uşaq Hüquqları Bəyannaməsi”, 1989-cu ildə isə “Uşaq Hüquqları Konvesiyası” qəbul edilmisdir. BMT tərəfindən qəbul olunmuş sənəd 193 ölkə tərəfindən təsdiq edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər bir yerində yaşayan uşaqlara konvesiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Uşaq hüquqları Konvesiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Azərbaycanda da Uşaq hüquqlarının qorunmasında geniş işlər görülür. Azərbaycan Prezidenti 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bu, dövlət başçısının Azərbaycan gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir.
Sonra söhbət şagirdlərlə arasında keçirilən sual – cavabla davam etdirildi. Şagirdlər öz hüquqlarını aydın şəkildə izah etdilər. Sonda kitabxanaçı uşaq hüquqlarının ailənin möhkəmliyindən, xalqın gələcəyinin onların əlində olmasından danışdı. Bildirdi ki, saglam düşüncəli, sağlam ruhda böyümüş, hüquqları heç bir halda pozulmamış üşaq sabahın layiqli gələcəyi olacaqdir. Biz kitabxançılarında əsas məqsədi böyüməkdə olan gənc nəsli hüquqları daxil və bir sıra tərbiyəvi əhəmiyyətli söhbətlərlə maarifləndirməkdir.