13.11.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 13.11.2018-ci il tarixdə kitab fondumuza daxil olan yeni uşaq ədəbiyyatının icmalı keçirildi.
Uşaqların tərbiyəsində böyük əhəmiyyət kəsb edən uşaq ədəbiyyatı onların körpə qəlblərində nəcib insani keyfiyyətlər oyadır, əməyə məhəbbət, düzgünlük, doğruluq, sadəlik və təvazökarlıq, yoldaşlıq, dostluqda sədaqət, özünə qarşı tələbkarlıq və s. kimi hisslər oyadır. Bütün belə keyfiyyətləri uşaqlarda aşılamaq üçün uşaq kitabxanası şifahi təbliğat formasına hər zaman geniş yer verir.
Tədbiri Uşaq Kitabxanasının kitabxanaçısı Nərmin Həsənova apardı.
Icmal olunan kitablar arasında nağıl kitabları ilə bərabər N.Gəncəvinin, Mir Cəlalın, M.Ə.Sabirin, Ə.Haqverdiyevin,C.Cabbarlının və s yazıçıların uşaqlar üçün yazdığı kitablar yer almışdır. Sonda Nərmin xanım uşaqlara bildirdi ki, təqdim olunan bu kitablarla bərabər, uşaq kitabxanasının fondunda oaln digər kitablarıda kitabxanadan götürüb ,oxuyub bəhrələnə bilərsiz.