16.11.2018
Goranboy Dövlət Rəsm Qalereyasında 17 Noyabr Milli Dirçəliş günü ilə əlaqədar rəsm sərgisi nümayiş etdirildi.
Sərgidə Goranboy şəhər İncəsənət məktəbinin rəssamlıq sinfinin şagirdlərinin əl işləri də sərgiləndi.
Qalereyanın ekskursiyacısı Rəmziyyə Məmmədova sərgi barədə, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda uzunmüddətli mitinqlər barədə, Sovet Hakimiyyəti rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti barədə məlumat verdi.
O bildirdi ki, 17 Noyabr 1988-ci il Milli Dirçəliş günü Azərbaycanda milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır