15.11.2018
Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin tapşırığına əsasən qədim və həmişəcavan Gəncəyə Bakının Nəsimi, Yasamal, Nizami rayonlarının, eləcə də Sumqayıt şəhərinin, Masallı, Lənkaran, Astara, Yardımlı və Lerik rayonlarının orta məktəbində təhsil alan yuxarı sinif şagirdləri gəldilər.
“Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur aksiya iştirakcıları Heydər Əliyev Park Kompleksində Zəfər Tağının qarşısında təntənə ilə qarşılandılar.
Onlar üçün şəhərin Heydər Əliyev Park Kompleksinə, Heydər Əliyev Mərkəzinə, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyə Abidə Kompleksinə, Məhsəti Gəncəvi Mərkəzinə, Miniatür Kitab Muzeyi, Mirzə Şəfi Vazeh Muzeyinə, Nizami Gəncəvi Məqbərəsinə və Nizami Gəncəvi Muzeyinə, Heydər Əliyev meydanına, İmamzadə Kompleksinə ekskursyalar təşkil olundu