Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Asudə vaxtın səmərəli təşkili ücün

16.11.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi növbəti dəfə şəhərin 45 №-li orta məktəbində tədbir təşkil etdi.

Tədbirin təşkilində məqsəd xüsusi qayğıya və sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtlarının səmərəli keçməsini təmin etmək və onları kitabxana xidmətinin ənənəvi və yeni formaları ilə bəhrələndirməkdir.

Tədbirdə uşaqlar uşaq yazıçısı Gülzar İbrahimovanın səsli nağıl və hekayələrinə qulaq asdılar. Onlar “Ən varlı canavar”, “Tənbəlin nağılı”, “Yalancı pəhləvan” nağılarını dinlədilər.

Səsli nağıllar uşaqlarda çox gözəl əhval-ruhiyyə yaratdı. Çünki nağıllar yüksək terapevtik əhəmiyyətə malikdir. İstənilən uşaq nağıllar vasitəsilə əsas həqiqətləri anlamağa başlayır, çətinliklərin öhdəsindən gəlmək bacarıqlarına yiyələnirlər. Sonda uşaqlarla birlikdə nağıllar müzakirə olundu.