Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarakəndin dərdi var”

10.11.2018

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında Qarakənd faciəsi ilə əlaqədar olaraq “Qarakəndin dərdi var” adlı anım günü keçirildi.

Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq Qarakənd faciəsi haqqında geniş məlumat verdi.

Sonra Diyarşunaslıq Evinin direktoru Pərvin Nəzərəliyeva, 11 saylı filialın müdiri Esmira Həsənova, Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Aytən Cəfərova çıxış edərək mövzu barədə öz fikirlərini söylədilər.

Tədbirdə mövzunu özündə əks etdirən kitab sərgisi də nümayiş olundu.