14.11.2018
Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 17 noyabr – Milli Dirçəliş gününə həsr edilmiş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Sevda Əliyeva açdı. Mərkəzi Kitabxananın biblioqrafiya şöbəsinin metodisti Xatirə Rəhimova “Milli birliyin təntənəsi” adlı məruzə ilə çıxış edərək 1988-ci il 17 noyabrında ölkədə başlanan kütləvi çıxışların ölkənin siyasi həyatında oynadığı mühüm rolundan danışdı. Mərkəzi Kitabxananın kitabxanaçısı Ülviyyə Kazımova, Heydər Əliyev Mərkəzinin ekskursiyaçısı Mətanət Hüseynova məruzə ərtafı çıxış edərək 17 noyabr tarixini, xalqın milli mənlik şürunun oyanış günü kimi səciyyələndirdilər. Sonda tədbir iştirakçıları dirçəliş gününə həsr edilmiş fotostendlə tanış oldular.