08.11.2018
Naftalan şəhərində 9 Noyabr – Dövlət Bayrağı günü münasibəti ilə ümumşəhər bayram şənliyi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başladı.
Naftalan şəhər İcra Hakimiyyətinin baçşısı cənab Rövşən İbrahimov çıxış edərək tədbir iştirakçılarını salamladı. O, bildirdi ki, ölkə rəhbəri cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Dövlət Bayrağı günü elan edilməsi barədə 17 noyabr 2009-cu ildə müvafiq saylı sərəncam imzalamışdır. Məhz bu sərəncama əsasən 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı günü kimi qeyd olunur.
Sonra tədbir maraqlı konsert proqramı ilə davam etdi. Konsert proqramını F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı təqdim etdi.