09.11.2018
Goranboy rayonu Heydər Əliyev parkındakı Bayraq meydanında 9 Noyabr – Dövlət Bayraq günü münasibətilə ümumrayon bayram tədbiri keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti rəhbərliyinin, müəssisə, idarə rəhbərlərinin, mədəniyyət, incəsənət işçilərinin, əsgərlərin, eləcə də məktəblilərin və gənclərin iştirak etdiyi tədbir, Bayraq muzeyində nümayiş etdirilən eksponatlarla tanışlıqdan başladı.
Sonra tədbir Bayraq meydanında ədəbi-bədii kompozisiya və maraqlı konsert proqramı ilə davam etdirildi.
Tədbirdə ümumilikdə 4 mindən çox rayon sakini iştirak etdi.