09.11.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 9 Noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin aparıcısı 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün, ölkəmizin hər yerində, o cümlədən Gəncə şəhərində də iftixar hissi ilə qeyd olunmasını bildirdi.
Bayram münasibəti ilə gəncəlilər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onu şəxsində Azərbaycan xalqını təbrik etdi.
Sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının hazırladığı konsert proqramı təqdim edildi.
Konsertdə Azərbaycanı, Azərbaycan bayrağını vəsf edən vətənpərvərlik mahnıları səsləndirildi.