09.11.2018
Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında 9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü münasibətilə “Dalğalan uca bayrağım” adlı şeir gecəsi keçirildi.
Tədbiri filialın müdiri Esmira Həsənova Ulu öndərimiz Heydər Əliyevin “Mən həmiş fəxr etmişəm, indi də fəxr edirəm ki , mən Azərbaycanlıyam!!!” sözləri ilə açaraq, tədbir iştirakçılarına bayraq günü haqqında geniş məlumat verdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlandı.
Sonra 21 saylı tam orta məktəbin şagirdlərinin ifasinda rəqslər ifa olundu, vətənə, bayrağa aid şeirlər söylənildi.
Şeir gecəsində 21 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Cəfərova, Mərkəzi Mədəniyyət evinin müdiri Pərvin Nəzərəliyeva, Məhsəti Gəncəvi muzeyinin bələdçisi Fərqanə Hüseynova və 11 saylı kitabxana filialın böyük kitabxanaçısı Gülnar Hüseynova da çıxış edərək mövzu barədə öz fikirlərini bildirdilər.
Tədbirdə təqdim edilmiş milli vətənpərvərliyi özündə əks etdirən kitab sərgisi böyük maraqla qarşılandı.
Tədbirin sonunda Bayraq gününə həsr olunmuş video-çarx nümayiş olundu.