07.11.2018
Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalnda 9 Noyabr Bayraq günü münasibəti ilə “Bayrağımız iftixar, qürur mənbəyimizdir” adlı ədəbi- bədii gecə keçirildi.
MKS-nin direktoru, əməkdar mədəniyyət işçisi Elmira Əliyeva tədbir iştirakçılarının bayramını təbrik etdi. O, bir ölkənin tarixi və dövlətçilik ənənələrinin onun rəmzlərində və atributlarında öz əksini tapdıqını, Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzləri olduğunu qeyd etdi.
Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarova verdi. Hüseyn Bəxtiyarov Azərbaycan bayrağının qədim yaranma tarixindən bu günə qədər keçdiyi şərəfli yolundan, bayraq uğrunda mübarizə aparan, canından keçən Azərbaycan qəhrəmanlarından danışdı.
MKS-nin direktor müavini Fəridə Qədimova çıxışında bayrağı sevməyin nümunəsi kimi Azərbaycanın canlı Milli qəhrəmanı Ramil Səfərovu, azad edilən yurd yerlərimizdə bayrağımızı ucaldan Azərbaycan igidlərindən söz açdı.
Kitabxanalararası abonement şöbəsinin müdiri Vüsalə Hüseynova bildirdi ki, Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur.
Kitabxananın fəal oxucusu azad jurnalist İmamverdi Vəliyev və GDU-nun 1 kurs tələbəsi Natiq Bayramov vətənə sevgisindən, onun atributlarının qorunub saxlanmasından və bunun üçün daim mübarizəyə hazır olmalarından danışdılar.
Tədbirdə 2 və 6 saylı məktəbin şagirdləri doğma vətənimizə, Bayraqımıza həsr olunmuş şeirlər söylədilər.
Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Amin Rüstəmli sazda, Emil Tağıyev və Elanura Salmanzadə gitarada vətənpəvərlik ruhunda, musiqi nömrələri ifa etdilər.
Tədbirdə eyni zamanda Azərbaycan Bayraqına həsr olunmuş video-çarx nümayiş etdirildi.