Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

9 Noyabr – Dövlət Bayrağı günü münasibəti ilə ümumrayon tədbiri

08.11.2018

Xocalı rayon Mədəniyyət evində 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə ümumrayon bayram tədbiri keçirildi.

Tədbir Goranboy rayonu Ağcakənd qəsəbəsinin bayraq meydanında rayon Mədəniyyət evinə kimi veloyürüş ilə başladı.

Tədbiri Xocalı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Lamiyə Qarayeva açdı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Xocalı rayon prokuroru Kamran Məmmədov Dövlət Bayrağı günündən ətraflı məlumat verdi.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək tədbir iştirakçılarına müstəqil Azərbaycanın keşməkeşli tarixindən danışdı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan bayrağına verdiyi dəyərdən və onun şah əsəri olan Müstəqil Azərbaycanın bu günki inkişafından söz açdı. O, üçrəngli Dövlət bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanmasını arzuladı.

Tədbirin sonunda Mədəniyyət evi Uşaq musiqi məktəbinin ilə birgə hazırladıqları konsert proqramı təqdim edildi.