07.11.2018
Goranboy Dövlət Rəsm Qalereyası 9 Noyabr – Dövlət Bayrağı günü münasibəti ilə Goranboy şəhəri 1 nömrəli orta məktəbdə səyyar sərgi təşkil etdi.
Sərgidə Goranboy şəhər İncəsənət Məktəbinin rəssamlıq sinfi şagirdlərinin əl işləri nümayiş etdirildi. Rəsm Qalereyasının direktoru Çinarə Abdullazadə, fond müdiri İlhamə Məmmədova çıxış edərək 9 Noyabr – Dövlət Bayrağı günü barədə ətraflı məlumat verdilər.