31.10.2018
MKS-nin 24№li kitabxana filialı 31.10.2018-ci il tarixdə , Azərbaycanın Milli Qəhrəmanı Rəhimov Koroğlu İsmayıl oğlunun anadan olmasının 65 illiyi münasibətilə “Ölüm sevinməsin qoy” adlı anım günü keçirdi. Anım gününü kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, tədbirin mövzusu haqqında iştirakçılara məlumat verdi.Tədbir iştirakçıları Azərbaycan torpaqları uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra söz tədbirə dəvət edilmiş tarix müəllimiləri Aygün Salmanova və Şəhla Mustafayeva verildi. Müəllimlər Azərbaycanın Milli Qəhrəmanlarından biri Rəhimov Koroğlu İsmayıl oğlundan danışacaqları üçün qürurlandıqlarını söylədilər. Müəllimlər qəhrəman Koroğlu Rəhimovun həyatı və keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı danışdılar. Koroğlu öz bölüyü ilə Goranboy, Ağdərə rayonlarının bir çox kəndlərini yaraqlılardan azad edib. Dəstə şox sayda erməni yaraqlısını məhv etmiş və dəfələrlə erməniləri əsir götürərək xeyli silah-sursat əldə etmişdir. Koroğlu Rəhimov Ağdərə rayonunun kəndləri uğrunda gedən döyüşdə qəhrəmncasına şəhid olur. 16 sentyabr 1994-ci ildə vəfatından sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Koroğlu Rəhgimovun keçdiyi döyüş yolu haqqında neçə-neçə kitablar, şeirlər yazılıb, “Vətənim mənim” qısametrajlı, “Əbədiyyətə qovuşan Koroğlu” adlı tammetrajlı sənədli televiziya filmlərii çəkilib. Qəhrəmanın adını əbədiləşdirmək məqsədilə Bakının Nərimanov rayonunda küçələrdən birinə "Koroğlu Rəhimov küçəsi" adı verilib və bu küçədə onun büstü qoyulub. Doğulduğu Oğuz rayonunun Xaçmaz kəndində yerləşən 3№-li körpələr evi, Oğuz şəhərində küçə Koroğlu Rəhimovun adını daşıyır.
Tədbirdə məktəblilər Oqtay Rzanın “İki Koroğlu” şeirini söylədilər.