30.10.2018
30.10.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalında Beynəlxalq sülh günü münasibətilə “Azərbaycanda sülh siyasəti - İnsan hüquqlarının mühafizəsi ” adlı dəyirmi masa keçirildi. Tədbirdə GDU-nun dosenti, tarixçi müəllim Hüseyn Bəxtiyarov insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquq düşüncəsinin və mədəni səviyyəsinin müasir tələblər səviyyəsində yüksəldilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına təkan verən ən mühüm amillərdən danışdı. MKS- nin direktor müavini Fəridə xanım Qədimova sülhün cəmiyyətimiz üçün önəmli olduğunu, sülh şəraitinin yaradılması və hər bir vətəndaşımızın əmin-amanlığının təmin olunması məqsədilə görülən işləri vurğuladı. GDU və ADAU-nun tələbələri Hüseyn Məmmədli və Eyvaz Qurbanov öz məruzələrində Azəbaycan xalqının sülhsevərliyindən bəhs etdilər. Tədbirdə GDU və ADAU-nun tələbələri, kitabxananın fəal oxucuları iştirak edirdilər.