03.11.2018
03.11.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində rus yazıçısı Turgenev İvan Sergeviçin anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq onun “Mumu” hekayəsinin müzakirəsi keçirildi.
Uşaq şöbəsinin kitabxanaçısı Kifayət Sadıqova yazıçının həyat və yaradıcılığı haqda oxuculara məlumat verdi. Bildirdi ki, hekayə 1852-ci ildə yazlmış, ilk dəfə “Sovremennik” jurnalında çap olunmuşdur. Kifayət xanım sonra uşaqlarla “Mumu” hekayəsinin müzakirəsin etdi.Tədbirdə iştirak edən kitabxananın fəal oxucuları ilə birlkdə “ Gerasimin kim olmasını”, “Onun şəhərə necə gedib çıxmasını” “Lal və kar Gerasimin necə dil açması”, Sonda Gerasimin nə üçün kəndə qayıtması” haqqında maraqlı müzakirələr aparıldı. Kitab müzkirəsində uşaqlar fəallıq göstərdilər və tədbirdən xoş təəssüratla ayrıldılar. Müzakirədə 18 nəfər kitabxananın fəal oxucucu iştirak etdi.