Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquqlarını bil və faydalan”

02.11.2018

Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialının təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr tarixlərində keçirilən Uşaq hüquqları aylığı çərçivəsində “Hüquqlarını bil və faydalan” adlı tədbir keçirildi.

Tədbirdə kitabxana işçiləri ilə bərabər M.Mehdizadə adına 4 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri, fəal oxucular iştirak edirdi.

Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Fəridə Qədimova açdı. O, Azərbaycan Respublikasında uşaqlara göstərilən qayğıdan, onların hüquqlarının qorunmasından danışdı.

Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gültəkin Qasımova, MKS-nin direktoru Elmira Əliyeva, 4 saylı tam orta məktəbin müəllimi Sona Məmmədova, şagirdlər çıxış etdilər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, I Vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Uşaq Hüquqlarının qorunması sahəsində aparılan böyük işlər xüsusi vurğulandı.

Tədbirdə F.Əmirov adına Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin musiqi qrupu çıxış etdi.

İştirakçılar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.