Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dərdli Zəngilanın səsi”

26.10.2018

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında Zəngilan rayonunun işğal gününün 25-ci ildönümü ilə əlaqədar “Dərdli Zəngilanın səsi” başlığı altında mühazirə keçirildi.

Tədbiri kitabxana filialının müdiri Esmira Həsənova açaraq Zəngilan rayonunun işğalı haqqında məlumat verdi.

Tədbirdə Gəncə şəhər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aygün İmanova, muzeyin elmi işçisi Aytən Cəfərova, 11 saylı kitabxana filialının böyük kitabxanaçısı Gülnar Hüseynova çıxış edərək Zəngilan rayonunun tarixindən, respublikanın ictimai-siyasi həyatında böyük rolundan, maddi-mədəniyyət abidələrində və s. danışdılar.

Tədbir iştirakçıları Zəngilan rayonunu əks etdirən video-çarxa baxdılar.