26.10.2018
Xocalı rayon mədəniyyət evində, mədəniyyət evi, MKS-nin işçiləri və gənc oxucularla birlikdə Uşaq hüquqları ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov açdı.
O, uşaqların əməyindən qanunsuz istifadəni qınadı. Sonra MKS-nin direktoru Bəhram Məmmədov Uşaq hüquqlarının qorunmasının labüdlüyünü dəyirmi masa iştirakçılarına çatdırdı. O, uşaqlara vətənpərvərlik hisslərinin aşılanmasının, yüksək səviyyədə təhsilin verilməsinin önəmindən danışdı.
Mədəniyyət evinin direktoru Orxan Məmmədov uşaqlarla pis rəftar edilməsinin, onlara fiziki və mənəvi işkəncə verilməsinin, onların gələcək həyatında mənfi təsirlərindən danışdı.
Sonda MKS-nin gənc oxucuları ilə bu mövzuda geniş söhbət aparıldı.