26.10.2018
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şürası nəzdində fəaliyyət göstərən “Sağlam Gələcəyə Dogru” İctimai Birliyi Gəncə şəhər MKS Mərkəzi kitabxananın Oxu zalında “Qərbi Azərbaycandan deportasiya olunmuş əhalinin interaktiv qeydiyyat portalının yaradılması və tanıdılması” lahiyyəsinin təqdimatı keçirilmişdir. Təqdimatı ictimai birliyin təsisçisi və sədri Azər Hüseynov başladı. O, layihənin əsas məramı və məqsədlərini açıqladı və qeyd etdi ki, “Sağlam Gələcəyə Dogru ” İctimai Birliyi insanlar arasında saglam həyat tərzini təbliğ edir, ekologiya, məişət və sosial saglamlıq sahəsində lahiyyələr hazırlayır, stress faktorlarına qarşı mübarizə aparır. Azərbaycanda sorğu nəticəsində məlum olur ki, bu gün ən böyük stress faktoru Ermənistan-Azərbaycan Daglıq Qarabag problemidir. Bununla belə, “Ermənistan SSR məcburi deportasiya olunmuş əhalinin hüquqlarının pozulması və Beynalxalq ictimaiyyətə çatdırılması” mövzusuna müraciət edildi və “Qərbi Azərbaycandan deportasiya olunmuş əhalinin interaktiv qeydiyyat portalının yaradılması və tanıdılması” lahiyyəsi hazırlandı. Məlumdur ki, Qərbi Azərbaycanlıların məcburi deportasiyları 1918, 1948 və 1988-ci illərdə həyata keçirilmişdir. Buna görə də, Ermənistandan əhalinin deportasiyası prosesinin təfərrüatlarının ictimailəşdirilməsində internetin imkanlarından istifadə olunmaqla, yerli və beynəlxalq ictimaiyyətin bu mövzuya diqqətinin artırılmasına ciddi ehtiyac duyulmaqdadır. Lahiyyənin əsas məqsədi müxtalif dövrlərdə Ermənistandan deportasiya olunmuş insanların bir interaktiv qeydiyyat portalının yaradılmasıdır.
Əsas məqsədlər:
* Bu insanların ana vətəninin məhz Qərbi Azərbaycan olmasını,
* Onların bu torpaqların məcburi deportasiya olunması,
* Bu hadisələrin maddi və mənəvi zərərçəkənləri olan bu insanlar qarşısında Ermənistan dövlətinin məsuliyyət daşıdığını dünya ictimaiyyətinə çatdırmaq.
Tədbiri lahiyyənin əməkdaşı İlkin müəllim davam etdi. O, “Deportasiya.az” saytı haqqında geniş məlumat verdi və saytdan istifadə imkanlarının izahını verdi. Tədbir diskussiya formasında davam etdi və iştirakçılar portal haqqında mənfi və müsbət rəylərini bildirdilər. Maraqlı çıxışları ilə MKS-nin direktoru Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova diqqəti cəlb etdilər. Onlar portalın fəaliyyətini dəstəklədi və ürək agrısı ilə Vətən həsrətindən danışdılar. Gənclərə Vətəni unutmamagı və gənc nəsillərin Qərbi Azərbaycana geri qayıdışı üçün birlik, güc və mübarizə arzuladılar.
MKS-nin direktoru Elmira xanım Əliyeva yekunda layihənin yaradıcılarına təşəkkur bildirdi və layihənin məqsədlərini dəstəklədi. Sonda kitabxana oxucuları üçün kitabxanaya bukletlər hədiyyə olundu.