18.10.2018
Samux rayonu Qarayeri qəsəbəsində 18 oktyabr – Müstəqillik günü və qəsəbə istirahət parkının açılışı ilə əlaqədar tədbir keçirildi.
Tədbiri Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmışdır.
Tədbirin Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev əhalini bayram münasibətilə təbrik etdi.
Tədbiri musiqi proqramı ilə davam etdi. Konsert vətənpərvərlik mövzusunda mahnılardan, muğamdan və rəqslərdən ibarət hazırlanmışdır. İstirahət parkında rayonda fəaliyyət göstərən orta məktəblərin, uşaq bağçaları kollektivlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Tədbir “Yaşa Azərbaycan” mahnısı ilə sona çatdı.