23.10.2018
Mərkəzləşdirilmiş Kitabxana sisteminin 21 saylı kitabxana filialı 23.10.2018 – ci il tarixdə 45 saylı xüsusi məktəbdə, (fiziki qüsurlu) “ Kim şeir bilir? başlığı altında şeir saatı keçirdi. Tədbirdə məktəbin müəllim kollektivi və şagrdləri iştirak edirdilər. Böyük kitabxanaçı Şabanova Sahilə tədbir iştirakçılarını salamlayaraq ,gətirdiyi Abdulla Şaiq, Zahid Xəlil, Aləmzər Əlizadə və s.şairlərin şeir kitabları ilə uşaqları tanış etdi, şairlərin həyat və yaradıcılığı barədə qısa məlumat verdi. Sonra sual-cavab nəticəsində uşaqların daha çox hansı şairlərin şeirlərini dinləmək və söyləmək istədikləri öyrənildi. Məktəbin şagirdlərinin ifasında Tofiq Bayramın, Aləmzər Əlizadənin,Zahid Xəlilin şeirləri dinlənildi. Verdiyev İsmayıl və Əsgərova Məleykə Səməd Vurğunun “Azərbaycan”, şeirini söylədilər. Uşaqlar böyük şairimiz Səməd Vurğunun bu şeirini çox sevdiklərini bildirdilər. Tədbirin sonunda Uşaq birliyinin rəhbəri Məlahət Vəliyeva uşaqların görüşünə gələrək, onlarla tədbir keçirdiklərinə görə kitabxana işçilərinə öz təşəkkürünü bildirdi və belə tədbirlərin mütəmadi olaraq təşkil edilməsinin uşaqlara çox gözəl təsir bağışlayacağını bildirdi.