22.10.2018
Respublikamızın müstəqillik yolu ilə inamla irəlilədiyi bir zamanda böyüməkdə olan uşaq və yeniyetmələrin düzgün tərbiyəsi,ana vətənə,müqəddəs torpağa məhəbbət ruhunda yetişdirilməsində, uşaq və gənclərin vətənə layiqli bir vətəndaş kimi böyüməsində uşaq ədəbiyyatının rolu əvəzsizdir. Bu məqsədlə MKS- nin 7saylı kitabxana filialı 22.10.18- ci il tarixdə “Uşaq ədəbiyyatı xəzinəsindən” adlı sərgi keçirdi. Sərginin təşkil olunmasının mahiyyəti haqqında böyük kitabxanaçı Könül Mirxudayeva danışdı.Sərgidə 60 - a yaxın çox sevilən və oxunan nağıllar , dastanlar ,folklor nümunələri, ayrı- ayrı ölkələrin uşaq yazarlarının əsərləri sərgilənmişdi:Sərgi uşaq dünyasının müxtəlif dövrləri üçün nəzərdə tutulmuşdu.Tədbir uşaqlar üçün çox maraqlı idi ,onlar kitablardan ayrılmaq istəmirdilər və 8 nəfər yeni oxucu abunə oldu.