Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nə yatmısan qoca vulkan”

20.10.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 20 oktyabr 2018-ci il tarixdə Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə “Nə yatmısan qoca vulkan” mövzusunda şeir saatı keçirildi.

Tədbirdə Gəncə Dövlət Universitetinin müəllim və tələbələri iştirak edirdi.

Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova Məmməd Araz poeziyasının gücü və qüdrəti olan vətəndaşlıq qayəsi, ikiyə bölünmüş vətən torpağının həsrəti , vətənə, torpağa vurğunluq, xalqa, kökünə dərin və sarsılmaz bir məhəbbətlə bağlılığından danışdı.

Gəncə Dövlət Universitetinin müəllimi Samirə Qasımova çıxışında bildirdi ki, görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə, sənətə həsr olunmuş bir ömür yaşayan əsl şairdir. Şairin əsl tərcümeyi-halı onun şeirlərindədir:

Məni şeirimdə gəz bir insan kimi,

...Qəlbimdə nə var onu demişəm

Anadan-bacıdan gizlətdiklərimi

Kağızdan, qələmdən gizlətməmişəm...

Sonra Gəncə Dövlət Universitetinin tələbəsi Babayeva Aytən çıxışında qeyd etdi ki, əsərlərində qüvvətli mübarizə idealı olan Məmməd Araz milli oyanışa, Qarabağ savaşına aid yazdığı əsərlərində mübarizə əzmini qoruyaraq”Ayağa dur Azərbaycan” şeirində

... Atın məni tank altına

Bir körpəni xilas edim

Neçə məni, neçə səni xilas edim...

- deyə Vətən sevgisini, mübarizə qüdrətini və fədakarlığını nümayiş etdirib.

Tədbirdə iştirak edən tələbələrdən Mustafayeva Lalə, Verdiyeva Aytac, Ramazanova Səbinə və başqaları Məmməd Arazın şeirlərini söylədilər